Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edilib – SİMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edilib – SİMA

Qafar Ağayev15:09 - 11 / 02 / 2022
Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edilib – SİMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlayıb.

Bununla əlaqədar olaraq fevralın 11-də rəsmi şəxslərin, tərəfdaş şirkətlərin, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yeni imzanın ilkin versiyasının təqdimat tədbiri keçirilib. Bulud əsaslı yeni nəsil rəqəmsal imzanın üstünlükləri, eləcə də imzanın yaradılması zamanı istifadə olunan texnologiyalar haqqında geniş məlumat verilib. SİMA-nın biznes həlləri, o cümlədən brend daşıyıcıları iştirakçılara təqdim olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı həyata keçirilən layihələrə toxunaraq bildirib ki, SİMA görülən işlərin tərkib hissəsidir. Müşavir qeyd edib ki, yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq. Rəşad Bayramov yeni yaradılan məhsulun Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcəyini, onlayn xidmətlərdən istifadəni təşviq edəcəyini deyib.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov yaxın zamanda vətəndaşların istifadəsinə veriləcək SİMA-nın hər kəs üçün əlçatan olacağını deyib. Elxan Əzizov bildirib ki, mobil tətbiq vasitəsilə işləyən SİMA-nı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Məhsulun innovativliyinə toxunan qurum rəhbəri əlavə edib ki, SİMA rəqəmsal transformasiyanın bütün qollarını – dövlət, əhali və biznes istiqamətlərini əhatə edir.

Tərəfdaş şirkətlər – “SVORT”un Biznesin inkişafı üzrə müşaviri Kamal Əliyev və “Sinam”ın prezidenti Elçin Əliyev çıxışlarında dövlət-özəl tərəfdaşlığının səmərəliliyindən danışıblar. Qeyd olunub ki, layihədə iştirak özəl şirkətlərə rəqəmsal imza yaratmaqda böyük təcrübə qazandıracaq və SİMA-nın inkişafı üçün “AzInTelecom”la birgə fəaliyyət davam etdiriləcək.

Daha sonra “AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev yeni məhsulla bağlı geniş məlumat verib. Ruslan Əliyev bildirib ki, üztanıma, “açıq açar” və bulud texnologiyalarını özündə birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.

Qeyd olunub ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Tədbirdə yeni nəsil rəqəmsal imzanın əldə edilmə proseduru canlı şəkildə nümayiş olunub.

Reklam hüququnda

Paylaş:
450

Son xəbərlər

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42
Bütün xəbərlər