Məktəbdə qətl törədən şəxs tutulub
Prokurorluq İsmayılda baş verən qətllə bağlı məlumat yayıb.
İsmayıllı Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.