Daha 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

09:25 - 11 / 02 / 2022
Daha 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

Fevralın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

1news.az

Paylaş:
340

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər