“İdeal”ın keçmiş sahibinə hökm oxundu | 1news.az | Xəbərlər
Cəmiyyət

“İdeal”ın keçmiş sahibinə hökm oxundu

13:28 - 14 / 02 / 2022
“İdeal”ın keçmiş sahibinə hökm oxundu

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, iş adamının Nərimanov rayonunda yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilmişdi.

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər