457 min manatlıq “iPhone”ların ölkəyə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

457 min manatlıq “iPhone”ların ölkəyə keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev15:26 - 14 / 02 / 2022
457 min manatlıq “iPhone”ların ölkəyə keçirilməsinin qarşısı alınıb

Rusiya istiqamətindən “Samur” gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi yük-nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə,Yoxlama zamanı 14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd “iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max” markalı mobil telefonlar aşkar olunub.

Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457 300 manat təşkil edir.

Paylaş:
631

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər