Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb

Qafar Ağayev17:43 - 14 / 02 / 2022
Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb

Azərbaycandan Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb.

1news.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ümrə ziyarətinə gedəcək növbəti qrupa daxil olmaq üçün 40-a qədər şəxs müraciət edib.

Hazırda Ümrə ziyarətlərinin təşkili üçün sənəd qəbulu davam edir.

Fevral ayı üçün Ümrə ziyarətlərinin ayın 17-də təşkil olunması nəzərdə tutulub.

Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Ziyarət yerlərinə yaxın və daha rahat hotellərin daxil edildiyi paketin qiyməti 1630 dollardır.

Paylaş:
495

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər