Zaqatalada reyd keçirilib, karantin qaydalarını pozanlar cərimələnib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada reyd keçirilib, karantin qaydalarını pozanlar cərimələnib - FOTO

Qafar Ağayev09:25 - 14 / 02 / 2022
Zaqatalada reyd keçirilib, karantin qaydalarını pozanlar cərimələnib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiyanın kütləvi yayılmasının qarşısının almaq, karantin rejimi qaydalarına riayət olunmasına nəzarəti gücləndirmək məqsədilə növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, reyd zamanı Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, mövcud qaydalara məsuliyyətsiz yanaşan sürücü və sərnişinləri müəyyən ediblər. Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.Həmçinin COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Tədbir zamanı şəhər ərazisində yerləşən mağazalarda, ictimai iaşə obyektlərində və digər qapalı məkanlarda da sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Yoxlamalar zamanı iki mağazada bəzi alıcıların və satıcıların tibbi maskadan istifadə etmədiyi aşkarlandığı üçün onların barəsində inzibati qaydada tədbir görülüb. Restoran və kafelərdə isə müştərilərin, eləcə də xidmət personalının COVID-19 pasportu yoxlanılıb, qaydalara riayət etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarların diqqətinə çatdırılıb.

Paylaş:
325

Son xəbərlər

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42
Bütün xəbərlər