Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Binə qəsəbəsi, Atçılıq sovxozu, Yeni sahə adlanan ərazidə qeydə alınıb.
1995-ci il təvəllüdlü Babayev Şahəddin Mahir oğlu qonşusu ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
1news.az
262