İkili diplom proqramına müraciət etmək istəyənlərin nəzərinə | 1news.az | Xəbərlər
Cəmiyyət

İkili diplom proqramına müraciət etmək istəyənlərin nəzərinə

Qafar Ağayev12:23 - 14 / 02 / 2022
İkili diplom proqramına müraciət etmək istəyənlərin nəzərinə

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramına sənəd qəbulu aparılır.

Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, ikili diplom proqramına qəbul 2022-2023-cü tədris ili üçün magistratura pilləsini əhatə edir. Proqram üzrə tədris ingilis dilində aparılacaq və 2 il davam edəcək.

İkili diplom proqramına sənəd qəbulu martın 15-dək davam edəcək.

Tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanının birinci mərhələsində iştirak etmək zəruridir.

Paylaş:
420

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər