Sumqayıtda ata qızını boğaraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ata qızını boğaraq öldürüb

S.Xankişiyeva14:37 - 15 / 02 / 2022
Sumqayıtda ata qızını boğaraq öldürüb

Sumqayıtda qətl hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə şəhərin "Tuq zavod" yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər