Sumqayıtda qızını boğub öldürən ata saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qızını boğub öldürən ata saxlanıldı

Qafar Ağayev15:38 - 15 / 02 / 2022
Sumqayıtda qızını boğub öldürən ata saxlanıldı

Sumqayıtda qızını boğub öldürən ata saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Paylaş:
416

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər