Bakıda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO

Qafar Ağayev16:16 - 15 / 02 / 2022
Bakıda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi və Nizami rayonlarında içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

ASC-dən 1news.az-a bildirilib ki, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində fəaliyyət göstərən bir iaşə obyektinin içməli sudan qanunsuz istifadə etməsi barədə siqnal daxil olan kimi obyektin su təchizatı sisteminə baxış keçirilib. Məlum olub ki, burada fəaliyyət göstərən çörək və şirniyyat sexləri, eləcə də təhsil kursunun yerləşdiyi binanın sahibi yaxınlıqdan keçən su xəttinə qanunsuz qoşulub.

Rayon ərazisində fəaliyyət göstərən bir qarajda da içməli suyun talanmasının qarşısı alınıb. Araşdırmalar zamanı məlub olub ki, burada sudan qanunsuz istifadə edilməsi ilə yanaşı, böyük israfçılıq da var. İstifadədən qayıdan traktor və xüsusi texnikalar burada yuyulub təmizlənir. Obyektin daxilində bir neçə xidmət sahələri də qeyri-qanuni çəkilmiş sudan istifadə edib.

Sulutəpə qəsəbəsində yeni tikilmiş fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə etdildiyi aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmalar ediblər.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Nizami rayonu Nəsimi küçəsi ev 32 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən obyektdə isə qeyri-qanuni birləşmə ilə şəbəkə suyu “Mono su” adı ilə qablaşdırılaraq satışa çıxarılır. Fakt aşkarlandıqdan sonra obyektin su təchizatı dayandırılıb və qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

İçməli su şəbəkələrinə qanunsuz qoşulmalar su təchizatı sistemində hidravliki rejimlərin pozulmasına və abonentlərin su təminatının pisləşməsinə, su itkilərin artmasına səbəb olur. “Azərsu” ASC vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 505 fakt aşkarlanıb ki, bunun da təkcə 181-i, Binəqədi rayonunun payına düşür. Həmin hallar üzrə müvafiq olaraq 124 min kubmetr və 43 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar ayında sudan qanunsuz istifadə ilə bağlı 9 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Paylaş:
372

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər