Bakıda uşaqlar üçün möhtəşəm “Bahar bayramı” şənliyi keçiriləcək – FOTO
Azərbaycanda uşaqdan tutmuş böyüyədək hər kəsin çox sevdiyi və səbrsizliklə gözlədiyi Novruz bayramı yaxınlaşır. Beləki, uşaqlığın ən mehriban və doğma xatirələri məhz Novruzla bağlıdır.
Baharın gəlişini və təbiətin canlanmasını təcəssüm etdirən bayrama hazırlıq bir neçə həftə əvvəl başlayır. Buraya yalnız ənənəvi şirniyyatların hazırlanması deyil, eləcə də ailə və uşaqlarla birlikdə bayram günlərinin səmərəli keçirilməsi də aiddir.
Bəs siz, Novruz bayramında uşaqlarınızı necə sevindirəcəyiniz və təəccübləndirəcəyiniz barədə düşünürsünüz? Elə isə, mütləq save the date! Martın 19-da Fairmont Hotel Flame Towers-də uşaqlar üçün bol sevinc, sonsuz müsbət təəssüratlar, xoş sürprizlər və ləzzətli hədiyyələrlə dolu “Bahar bayramı” adlı möhtəşəm şənlik keçiriləcək.
Uşaqlar üçün bayram şou-proqramında Cosplay Baku “canlı” cizgi filmi qəhrəmanları teatrının peşəkar aktyorları Bahar qızı, Tıq-tıq xanım, Ceyran və digər sevimli personajların obrazında çıxış edəcəklər. Həmçinin xüsusi dəvət olunmuş aktyorlar Novruzun baş qəhrəmanlarını – Kosa və Keçəl obrazlarını canlandıraraq bayrama milli ab-hava və rəngarənglik bəxş edəcəklər.
Əyləncəli, maraqlı və yaddaqalan şou-proqramla yanaşı, bayramın gənc qonaqları üçün maraqlı ustad dərsləri keçiriləcək. Ustad dərsləri zamanı onlar bu və ya digər sənəti öyrənə, öz əlləri ilə hazırladıqları yaradıcılıq əsərlərini evə apararaq, onu qohumlarına və ya dostlarına Novruz hədiyyəsi kimi təqdim edə biləcəklər.
Bayramın əsas dadlı atributları – Azərbaycan milli şirniyyatları olmadan Novruz bayramı olmaz. Buna görə də, uşaqlar və onlarla birlikdə gələn valideynlər furşet masasında bir-birindən ləzzətli şəkərbura, paxlava, qoğal və başqa şirniyyatları dadmaqla yanaşı, həm də seçimlərin müxtəlifliyindən heyran qalacaqlar.
Şənliyin baş sponsoru «Neftçi» Futbol Məktəbinin dəstəyi ilə uşaqlar arasında qiymətli hədiyyələr və mükafatların oynanılacağı əyləncəli müsabiqələr də keçiriləcək. Tədbirin sonunda hər bir gənc qonağa Novruz bayramı üçün xüsusi şirniyyat hədiyyəsi təqdim olunacaq.
Bayram proqramının müddəti 90 dəqiqə olacaq – şənlik saat 12:00-da başlayır.
Uşaqlar üçün biletin qiyməti 100 AZN, böyüklər üçün biletin qiyməti 50 AZN təşkil edir.
iTicket saytındakı linkə keçid etməklə “Bahar bayramı” şənliyinə biletləri əldə edə bilərsiniz - https://iticket.az/ru/events/kids/spring-holiday
Tədbirlə bağlı sizi maraqlandıran bütün məlumatları aşağıdakı əlaqə nömrəsinə zəng etməklə əldə edə bilərsiniz: +99451-500-72-27
Xüsusilə vurğulamaq istərdik ki, qarşıdan gələn yaz bayramının təşkilatçıları bundan əvvəl Fairmont Hotel Flame Towers-də uşaqlar üçün “500 Möcüzə” adlı Yeni il tədbirini böyük müvəffəqiyyətlə keçiriblər. Həmin tədbir iştirakçılar və qonaqlar tərəfindən müsbət rezonans doğuraraq, çoxlu müsbət rəy toplayıb.
Reklam hüququnda