Tovuzda atasını qətlə yetirən şəxs tutulub - YENİLƏNİB
Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən qətl barədə məlumat yayıb.
DİN-dən 1news.az-a verilən xəbərə görə, Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
09:38
Tovuzda qətl hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.
Kənd sakini 1947-ci il təvəllüdlü Qamət Əliyev oğlu 1980-ci il təvəllüdlü Ceyhun Əliyev tərəfindən odlu silahla qətlə yetirilib. Hadisəni törədən 1980-ci il təvəllüdlü Ceyhun Əliyev şübhəli bilinir.
C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.