Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - RƏSMİ

Qafar Ağayev11:10 - 15 / 02 / 2022
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
408

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər