“Tərtər işi” ilə bağlı aktiv cinayət işi davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tərtər işi” ilə bağlı aktiv cinayət işi davam edir

S.Xankişiyeva11:49 - 15 / 02 / 2022
“Tərtər işi” ilə bağlı aktiv cinayət işi davam edir

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı zərərçəkmişlərin sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yaydığı məlumatlara aydınlıq gətirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, “Tərtər işi” ilə bağlı aktiv cinayət işi davam etdirilir:

“İş üzrə təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər aparılır. Cinayət işi ilə bağlı 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub. 4 nəfər barəsində Cinayət Məcəlləsinin maddələri ilə həbs qətimkan tədbiri seçilib", - N.Əvəzov deyib.

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər