Azərbaycanda süni mayalanma xərclərini bir dəfə dövlət qarşılayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda süni mayalanma xərclərini bir dəfə dövlət qarşılayacaq

Qafar Ağayev12:31 - 15 / 02 / 2022
Azərbaycanda süni mayalanma xərclərini bir dəfə dövlət qarşılayacaq

“Bu gün sonsuzluqla bağlı ekstrakorporal mayalanma icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil ediləcək”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, yaxın günlərdə bu öz həllini tapacaq: ”Həmin mayalanma prosesi bir dəfə dövlət hesabına qarşılanacaq. Bu artıq xidmətlər zərfinə daxil ediləcək. Bununla bağlı razılıq əldə edilib”.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər