BŞTİ məktəblilərin davasına münasibət bildirib
14 fevral tarixində Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 116 nömrəli məktəbin iki nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər:
"Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və valideynləri məktəbə çağrılıb. Eyni zamanda məktəbə hüquq mühafizə orqanlarının da nümayəndələri dəvət olunub".
322