Azərbaycana qarşı dezinformasiya təhlükəsi və hibrid təhdidlər - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
İnformasiya meydanındakı savaş Vətən müharibəsinin tərkib hissəsidir.
Bu gün, Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib. Qarabağ uğrunda mübarizə artıq kiberməkanda kütləvi və siyasi beyinləri ələ almaq mübarizəsinə çevrilib. İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin ayrılmaz parçasıdır...
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Azərbaycana qarşı dezinformasiya təhlükəsi və hibrid təhdidlər" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – "Yeni Müsavat " Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Sosial Tədqiqatlar Mərkəzi İdarə heyətinin üzvü, professor, departament müdiri Tahirə Allahyarova, Əmək hüquqlarının müdafiəsi liqasının sədri, hüquq nüdafiəçisi Sahib Məmmədov və əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: