“Azərbaycan” gəmisi 2021-ci ilin “ən yaxşı gəmi-bərə”si adına layiq görülüb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilən Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi "Baird Maritime"nin təşkil etdiyi 2021- ci ilin ən yaxşı gəmiləri siyahısında “ən yaxşı bərə gəmisi” kimi yer alıb.
1news.az xəbər ki, ötən ilin mart ayında istismara verilən bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/Tır daşımaq imkanına malikdir.
Gəmi yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi ( fin stabilizer) və iki ədəd dartıcı lokomotivlə də təchiz olunub.
470