Şöbə müdiri: Azərbaycanda müəllim olmaq istəyənlərin sayında artım var
"Azərbaycanda son illərdə müəlimlərin işə qəbul müsabiqəsinə müraciət edən namizədlərin sayında artım müşahidə olunur”.
1news.az xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
“Əvvəl namizədlərin sayı 10 min idisə, 2021-ci ildə 62 min nəfər elektron qaydada qeydiyyatdan keçib".
264