Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilib

Qafar Ağayev11:39 - 16 / 02 / 2022
Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilib

“Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilib”

1news.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

"Müəllimlərin İşə qəbul müsabiqəsində test imtahan mərhələsində cavablandırma səviyyəsi, ayrılan vaxt təhlil edilərək belə qənaətə gəlindi ki, 90 dəqiqə sualların cavablandırılması üçün kifayət etmir. Bununla əlaqədar həmin müddətin 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib. Bundan başqa, test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zamanda düzgün cavablandırlmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək" - deyə, E.Bağırov əlavə edib.

Paylaş:
858

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər