Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb - Nazirlik | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb - Nazirlik

S.Xankişiyeva14:30 - 17 / 02 / 2022
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb - Nazirlik

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bəzi KİV-lərdə DANX-ın daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin işdən çıxarılmasını təkzib edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

"Bu gün Bakıda bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolu bağlaması ilə əlaqədar bəzi KİV-lərdə dərc olunmuş DANX-ın İdarə Heyətinin sədri Anar Rzayevin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq alması və qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin vəzifəsindən uzaqlaşdırılması xəbəri həqiqəti əks etdirmir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb", - deyə məlumatda qeyd olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Bakıda yük maşınlarının bağladığı yollar açılıb – FOTO – VİDEO

Nazirlik TIR sürücülərinin etirazına münasibət bildirdi

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər