Bakıda yük maşınlarının bağladığı yollar açılıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük maşınlarının bağladığı yollar açılıb – FOTO – VİDEO

S.Xankişiyeva11:05 - 17 / 02 / 2022
Bakıda yük maşınlarının bağladığı yollar açılıb – FOTO – VİDEO

Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, DYP tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib, yollar açılıb, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən icazə vərəqələrinin verilməsini tələb edirdilər. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranmışdı.

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər