Amerikalı mer Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Amerikalı mer Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb

S.Xankişiyeva17:19 - 17 / 02 / 2022
Amerikalı mer Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb

ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a bildirilib ki, Azərbaycan icmasına ünvanlanmış bəyannamədə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etmələri və dinc əhaliyə qarşı dəhşətli qətliam törətmələri qeyd edilib, nəticədə 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın erməni hərbçiləri tərəfindən qətlə yetirildiyi vurğulanıb. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar.

Nəzərə çatdırılıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəkləndiyi xüsusi vurğulanıb.

Coy Kuper bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının nümayəndələrinə təqdim edib.

Mövzu ilə əlaqədar oxuyun:

Qaradağlı qətliamından 30 il ötür

Malıbəyli və Quşçular qətliamından 30 il ötür

Paylaş:
308

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər