Vergi əməkdaşlarına pensiya yeni qaydada təyin olunacaq
Vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə uzun müddət xidmət vaxtına görə pensiya təyin ediləcək.
1news.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərara dəyişiklik edilib.
Qərar baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
252