Sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayan şəxslərə göstərilən xidmətlər müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayan şəxslərə göstərilən xidmətlər müəyyən edilib

S.Xankişiyeva12:43 - 17 / 02 / 2022
Sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayan şəxslərə göstərilən xidmətlər müəyyən edilib

Baş nazir Əli Əsədovun imzaladığı Qərarla “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda bir sıra dəyişikliklər edilib.

1news.az-ın verdiyi xəbərə görə, dəyişikliyə əsasən, sosial reabilitasiya müəssisələrində sığınacaqlara qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun yaşayış yeri ilə təmin edilməsi, onların normal inkişafı üçün şərait yaradılması, şəxslərin pulsuz yemək, geyim, yataq dəstləri, həmçinin zəruri mebel, avadanlıq və ləvazimatlarla təmin olunması, mərkəzlərə qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun şəraitdə yerləşdirilməsi, normal inkişafı üçün şəraitin yaradılması, pulsuz yemək və geyimlə təmin edilməsi, şəxslərin ilkin tibbi müayinəsi, onlara ilkin tibbi yardımın göstərilməsi və həkim rəyinə əsasən dərman vasitələri ilə, həmçinin xəstəliyi müəyyən edilmiş şəxslərin ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilməsinin təmin edilməsi, şəxslərə sosial xidmətin göstərilməsi və onların sosial reabilitasiyasının təşkili məqsədilə sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatın və şəxsə sosial xidmət göstərilməsinə dair fərdi planın hazırlanması, onlara əsasən sosial xidmətin təşkili, şəxslərin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi, onların depressiya və inkişafa maneə olan psixi pozuntu vəziyyətindən çıxarılması, yaş göstəriciləri, yaradıcılıq, intellektual və fiziki imkanlarına uyğun olaraq psixoloji yardım göstərilməsi, şəxslərin təhsil səviyyəsinin müəyyənləşdirilməsi, onların fiziki və əqli imkanlarına uyğun təhsil almalarına köməklik göstərilməsi məqsədilə müvafiq təhsil müəssisələrinə müraciət edilməsi və bu istiqamətdə təhsil müəssisələri ilə birgə tədbirlərin təşkili, şəxslərə sosial-pedaqoji xidmətlərin göstərilməsi, şəxslərin emosional vəziyyətinə və davranışına nəzarət edilməsi, şəxslərin məişətdə və ictimai yerlərdə davranış qaydalarına riayət etməsi, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılmasına köməklik göstərilməsi, şəxslərin dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili, şəxslərin sadə əmək vərdişlərinə və müxtəlif peşələrə yiyələnmələrinə köməklik göstərilməsi, müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, peşə meyillərinin aşkar edilməsi, peşəyönümünə dair məsləhətlərin verilməsi, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanlarının yaradılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi vasitəsilə işlə təmin olunması və ya peşə hazırlığı kurslarına cəlb edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi, şəxslərin mədəni-asudə vaxtının səmərəli təşkili ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi şəxslərin hüquq və mənafelərinin müdafiəsi məqsədilə onlara hüquqi yardım göstərilməsi, kimsəsiz uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi, həmçinin sənədlərinin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, təhsili və işlə təmin olunması üçün lazım olan sənədlər) əldə edilməsinə köməklik göstərilməsi, şəxslərin ailələri ilə görüşmələrinin və telefon vasitəsilə əlaqə saxlamalarının təmin edilməsi kimi xidmətlər göstəriləcək.

Paylaş:
292

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidirBu gün, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildiBu gün, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcəkBu gün, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılırBu gün, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilibBu gün, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59
Bütün xəbərlər