Bakıda yaşayış binasının həyətindən qumbara tapıldı - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasının həyətindən qumbara tapıldı - FOTO - VİDEO

Qafar Ağayev13:05 - 18 / 02 / 2022
Bakıda yaşayış binasının həyətindən qumbara tapıldı - FOTO - VİDEO

Bakıda yaşayış binasının həyətindən qumbara aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının həyətyanı ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.

Paylaş:
302

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər