Daha bir Assosiasiyadan Anar Rzayevə dəstək

Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin nəqliyyat sektorunda keçirdiyi islahatları dəstəklədiyi barədə məlumat yayıb.
1news.az xəbər verir ki, Assosiasiyanın yaydığı məlumatda deyilir:
“Hesab edirik ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin yanında Dövlət Avtomobil Xidmətinin (DANX) rəisi vəzifəsinə təyin olunmuş Anar Rzayevin islahatların uğurla həyata keçirlməsində işləri göz qabağındadır. Məhz beynəlxalq avtomobil daşınmalarında aparılan islahatların nəticəsi olaraq, tələb olunan icazərələrin verilməsi prossesi asanlaşdırılıb, öz qiymətinə əldə olunması təmin edilib.
Hesab edirik ki, DANX rəhbərliyi tərəfindən aparılan islahatlara kölgə salınması yolverilməzdir.
Qeyd: Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası tanınmış yerli və beynəlxalq Nəqliyyat Ekspeditor şirkətləri tərəfindən, Azərbaycanda nəqliyyat sektorunun inkişafı, bu sektorda biznes mühitinin yaxşılaşdırılması üçün yaradılıb.
1news.az