Ələt-Astara magistralında mikroavtobusla “KamAZ” toqquşub, ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ələt-Astara magistralında mikroavtobusla “KamAZ” toqquşub, ölən və yaralananlar var

09:17 - 18 / 02 / 2022
Ələt-Astara magistralında mikroavtobusla “KamAZ” toqquşub, ölən və yaralananlar var

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı 99 JT 145 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. ONlardan 2-si kişi, 3-ü qadındır. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
300

Son xəbərlər

Bütün xəbərlər