Veysəloğlu Şirkətlər Qrupu qanunvericiliyin pozulması xəbərinə münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Veysəloğlu Şirkətlər Qrupu qanunvericiliyin pozulması xəbərinə münasibət bildirib

S.Xankişiyeva10:00 - 18 / 02 / 2022
Veysəloğlu Şirkətlər Qrupu qanunvericiliyin pozulması xəbərinə münasibət bildirib

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) bu gün “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırılması barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən mediada yayımlanmış məlumata dair bunları bildirir:

· Şirkətlər Qrupumuz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin digər dövlət orqanları və media ilə şəffaf, səriştəli ünsiyyətə və əməkdaşlığa davam edir.

· Şirkətlər Qrupumuz hər zaman daxil olan sorğu və müraciətləri operativ və dolğun şəkildə cavablandırmağa hazırdır.

· Sözügedən məlumatda zəruri sənəd və məlumatların təqdim olunması üzrə sorğuya vaxtında cavab verilməməsinə səbəb 2022-ci ilin yanvar ayından etibarən Qrupumuza aid şirkətlərdə sənəd dövriyyəsi ilə bağlı yeni proqram təminatının tətbiqi prosesindəki texniki ləngimələr olub.

· Şirkətlər Qrupumuz göndərilən sorğuda tələb olunan məlumatların bir qismini 16 fevral tarixində təqdim edib.

· Şirkətlər Qrupumuz artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi cavab ünvanlayıb və yaxın gələcəkdə həmin sorğuda qeyd edilən digər suallara cavabı sənəd və məlumatlarla birgə təqdim etmək öhdəliyini götürüb.

Onu da qeyd edək ki, Şirkətlər Qrupu olaraq, biz marketlərimizdə qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə “Veysəloğlu Pərakəndə İndeksi”ni hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşırıq. Bu indeks alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir. Ölkə iqtisadiyyatına verdiyimiz dəyər, əhalinin ərzaq təminatı ilə bağlı missiyamız, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və şəffaf fəaliyyətimizin bariz nümunəsidir.

Reklam hüququnda

Paylaş:
406

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər