Bakının bu prospektlərində rənglənmə işləri aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu prospektlərində rənglənmə işləri aparılacaq

Qafar Ağayev11:16 - 18 / 02 / 2022
Bakının bu prospektlərində rənglənmə işləri aparılacaq

Neftçilər prospektinin Rixard Zorge və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə 18 fevral saat 22:00-dan etibarən 19 fevral səhər saatlarınadək üfiqi nişanlama xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, üfiqi nişanlama xətlərinin rənglənməsi işləri Xocalı prospektinin hər iki istiqaməti üzrə 19 fevral səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər, həmçinin axşam saat 22:00-dan 20 fevral səhər saat 05:00-a qədər də icra olunacaq.

20 fevral tarixində gün ərzində isə xətlənmə işləri Neftçilər prospektinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Xocalı prospektində davam etdiriləcək.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Paylaş:
613

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər