İstefa verən Ramiz Mehdiyev AMEA-dan belə ayrıldı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İstefa verən Ramiz Mehdiyev AMEA-dan belə ayrıldı – VİDEO

S.Xankişiyeva17:14 - 19 / 02 / 2022
İstefa verən Ramiz Mehdiyev AMEA-dan belə ayrıldı – VİDEO

Bu gün, fevral ayınıın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib.

Nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.

1news.az-ın verdiyi xəbərə görə, yığıncaqdan sonra Ramiz Mehdiyev jurnalistlərə kiçik açıqlama verib.

O, iclasın yaxşı keçdiyini bildirib: "Məlumat verilib, bundan artıq məlumat verməyə ehtiyac görmürəm”.

Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb.

Mövzu ilə əlaqədar oxuyun:

Ramiz Mehdiyevin istefası qəbul olundu – YENİLƏNİB

Ramiz Mehdiyevin köməkçisi saxlanılıb

Ramiz Mehdiyev istefa verib

Eldar Əmirov Ramiz Mehdiyevin qohumu deyil - AMEA

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər