“Azərişıq” Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir - VİDEO

S.Xankişiyeva17:27 - 19 / 02 / 2022
“Azərişıq” Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir - VİDEO

“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, videokadrlardan səhmdar cəmiyyətijnin Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğul olduğu görünür.

Qurum əməkdaşları bildirir ki, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Kəlbəcərdə bütün yollar qar və buzdan təmizlənir – VİDEO

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər