PwC Azərbaycan Qarabağ Dirçəliş Fondunun audit partnyoru seçilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

PwC Azərbaycan Qarabağ Dirçəliş Fondunun audit partnyoru seçilib - FOTO

Qafar Ağayev15:24 - 21 / 02 / 2022
PwC Azərbaycan Qarabağ Dirçəliş Fondunun audit partnyoru seçilib - FOTO

Qarabağ Dirçəliş Fondu ilə PwC Azərbaycan arasında kənar audit xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.

PwC Azərbaycan müqavilə çərçivəsində Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun şəkildə hazırlanmış, 31 dekabr 2021 tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının auditini həyata keçirəcək.

Müqaviləni Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev imzalayıblar.

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə PwC Azərbaycan Fondun kənar auditoru kimi təsdiq olunub.

Qeyd edək ki, PwC dünyanın peşəkar xidmətlər göstərən ən iri şəbəkələrindən biridir. PwC Azərbaycan müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Qlobal şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 300 min nəfərə yaxındır.

Şikrət Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlayıb və hazırda şirkətin Azərbaycandakı ofisində dünyanın bir sıra ölkələrindən 150-ə yaxın mütəxəssis çalışır.

200,000-dən çox qlobal təşkilat, o cümlədən “Fortune Global 500” reytinq cədvəlindəki şirkətlərin 84%-i PwC şirkəti ilə əməkdaşlıq edir.

Paylaş:
1014

Son xəbərlər

Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33
Bütün xəbərlər