“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımı ilə əlaqədar aksiyada fəal iştiraka səsləyir | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımı ilə əlaqədar aksiyada fəal iştiraka səsləyir

Qafar Ağayev17:19 - 21 / 02 / 2022
“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımı ilə əlaqədar aksiyada fəal iştiraka səsləyir

“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial şəbəkələrdə keçirəcəyi aksiyaya aktiv şəkildə qoşulmağa dəvət edir.

İctimai Birlikdən 1news.az-a bildirilib ki, aksiyanın məqsədi Azərbaycan xalqına qarşı törədilən soyqırımı, etnik təmizləmə və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında geniş məlumatlandırma işi aparmaqdır.

Ümumilikdə 1000-dən çox gəncin iştirakı ilə keçiriləcək kampaniya çərçivəsində tvitter sosial şəbəkəsi üzərindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici dillərdə maarifləndirici, infoqrafik məlumatların paylaşılması nəzərdə tutulub. “İrəli” gəncləri xaricdə yaşayan həmyerlilərimizin də iştirakı ilə üzərində “Justice For Khojaly” yazılan vərəqlərlə şəkil çəkdirərək, müvafiq həştəqlərlə sosial şəbəkə hesablarında paylaşım edəcəklər.

Fevralın 27-dək davam edəcək aksiyaya qoşulmaq istəyən şəxslər “Twitter”də #Justiceforkhojaly, #KhojalyGenocide, #XocalıyaƏdalət, #Khojaly30, #Xocalı30, #HocalıKatliamı, #ireli2022 həştəqlərindən istifadə edərək, soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən məlumatları paylaşaraq, faciə barədə obyektiv məlumatların daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər.

“İrəli” İctimai Birliyi olaraq gənclərimizi bütün fəaliyyətlərə aktiv şəkildə qoşulmağa dəvət edirik.

Paylaş:
1406

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər