Dövlət Xidməti “Aztelekom”la bağlı araşdırmaların nəticəsini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidməti “Aztelekom”la bağlı araşdırmaların nəticəsini açıqladı

Qafar Ağayev13:14 - 22 / 02 / 2022
Dövlət Xidməti “Aztelekom”la bağlı araşdırmaların nəticəsini açıqladı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumistifadəli, telekommunikasiya şəbəkəsindən istifadə zamanı yaradılan maneələr barədə bir sıra özəl internet servis provayderlərinin müraciətləri ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 1news.az-a verilən məlumata görə, işə baxılması zamanı “Aztelekom” MMC tərəfindən telekommunikasiya fəaliyyətinin rəqəmsal transformasiya siyasətinə uyğun təşkilinin, həmçinin dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bu sahədə narazılıqları aradan qaldıracağı bildirilib, xidmətlərin istehlakçılara çatdırılması prosesində özəl provayderlərin daha geniş iştirakına şərait yaradılacağına, onların telekommunikasiya şəbəkəsində iştirakı barədə müraciətlərinə ayrı-seçkilik qoyulmadan qanunvericiliyin tələbləri çərçivəsində baxılacağına zəmanət verilib.

Bununla yanaşı, Dövlət Xidmətinin qərarında “Aztelekom” MMC tərəfindən telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində rəqabət mühitinin yaradılması üçün bazar iştirakçılarının müraciətlərinə baxılmasının, habelə şəbəkəyə giriş, icarə üzrə aydın və bərabər şərtləri nəzərdə tutan ümumi qaydaların qəbul edilməsinin, icarə tariflərinin müəyyənləşdirilməsinin, sənədlərin rəsmi internet portalında yerləşdirilməsinin 30 aprel 2022-ci il tarixədək təmin edilməsinin zəruriliyi qeyd olunub.

Dövlət Xidmətində işə baxılma zamanı “Aztelekom” MMC-nin üzərinə götürdüyü öhdəliklər, o cümlədən qeyd edilən hallar və verdiyi zəmanət nəzərə alınaraq qaldırılmış iş üzrə icraata xitam verilib.

Qərarda həmçinin, telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində bazar iştirakçılarının fəaliyyətinə gələcəkdə maneələrin yaradılacağı və “Aztelekom” MMC tərəfindən yuxarıda göstərilən öhdəliklərin yerinə yetirilmədiyi halda Dövlət Xidmətinin təbii inhisarlar haqqında qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi əks olunub.

Paylaş:
588

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər