Qaçaqmalçılar sərhədçilərə atəş açdı, xəsarət alan var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaçaqmalçılar sərhədçilərə atəş açdı, xəsarət alan var - FOTO

Qafar Ağayev12:25 - 22 / 02 / 2022
Qaçaqmalçılar sərhədçilərə atəş açdı, xəsarət alan var - FOTO

Dövlət Sərhəd Хidməti (DSX) tərəfindən dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirlər dаvаm еtdirilir.

DSX-dən 1news.az-a verilən xəbərə görə, fevralın 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin “Kələdəhnə” sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu “Mitsubishi “Pajero” markalı “10-RS-565” dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmiş 1 ədəd kisəni götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Astara rayon sakinləri 1978-ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olmaları müəyyənləşdirilib, saxlama zamanı əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş Q.Ağayev silahlı müqavimət göstərərək üzərində olan “BLOW-TR-14” markalı travmatik tapancadan bir necə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib. Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlayıblar.

Hadisə yerindən götürülmüş kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə (4 kq 085 qr marixuana, 9 kq 920 qr tiryək, 2 kg 090 qr metamfetamin və 870 qr heroin) bənzər maddələr aşkar olunaraq götürülüb.

Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilib, Astara rayon polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilmiş və qarajında rəflərin arasında gizlədilmiş 1 kisənin içərisindən 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş:
648

Son xəbərlər

İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?Bu gün, 11:26İlham Əliyev: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcəkBu gün, 11:18Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələri ilə bağlı iclas keçirəcəkBu gün, 11:16Bu gün Azərbaycanda Dövlət Suverenliyi GünüdürBu gün, 11:10Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 11:04DİN: Ötən gün 9 tüfəng və 1 tapança təhvil götürülübBu gün, 10:44Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilibBu gün, 10:41Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52
Bütün xəbərlər