Britaniya parlamentinin bir qrup üzvü Xocalı soyqırımı barədə birgə bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniya parlamentinin bir qrup üzvü Xocalı soyqırımı barədə birgə bəyanat yayıb

Qafar Ağayev13:35 - 23 / 02 / 2022
Britaniya parlamentinin bir qrup üzvü Xocalı soyqırımı barədə birgə bəyanat yayıb

Böyük Britaniya Parlamentinin 12 üzvü Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəylik ifadə edib.

Müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilmişdir. Parlamentarilər, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli, Xocalıda baş verənləri hərbi cinayət və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən qərarını xatırlatmışlar. Bu kontekstdə gələcəkdə belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsi zərurəti vurğulanmışdır.

Britaniyalı parlamentarilər, həmçinin münaqişənin yekunlaşmasını alqışlayaraq, regionda maraqlı bütün tərəflərin iştirakı ilə aparılan danışıqların Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd etmişlər.

Bununla yanaşı, post-münaqişə mərhələsində bir sıra çağırışların, o cümlədən ərazilərin minalardan təmizlənməsi, komunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası kimi çağırışların mövcud olduğu qeyd edilmiş, bu çağırışların həlli, xüsusilə də ərazilərin minalardan təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış edilmişdir.

Xatırlatmaq istərdik ki, birgə bəyanat indiyə qədər Böyük Britaniya parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdiyi ilk birgə təşəbbüsdür. Təşəbbüsə Parlamentin İcmalar Palatasının üzvləri Bob Blekmen, Deyvid Duquid, Bob Sili, Metyu Offord, Dan Poulter, Lordlar Palatasının üzvləri Lord Rizbi, Lord Sheikh, Lord Kilkluni, Lord Hussain, Lord Evans, Baronessa Manzoor və Lord Flayt qoşulmuşdur. Bundan əvvəl 2017-ci ildə isə Şotlandiya regional parlamentində Xocalı faciəsinə dair irəli sürülmüş qanunvericilik təşəbbüsü regional parlamentin əksər üzvləri tərəfindən dəstəklənmişdir.

Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun 22 fevral 2022-ci il tarixində keçirilmiş iclasında da Xocalı faciəsinin 30-cu ildönümü müzakirə edilmiş, iclasda iştirak edən parlamentarilər tərəfindən Xocalı qətliamı ilə bağlı bir daha Azərbaycan xalqı ilə həmrəylik ifadə edilmişdir.

Paylaş:
566

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər