Məktəblərin direktor müavinləri təlimə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərin direktor müavinləri təlimə cəlb olunub

Qafar Ağayev13:50 - 23 / 02 / 2022
Məktəblərin direktor müavinləri təlimə cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni fəaliyyətə başlayan direktor müavinləri ilə görüş keçirilib.

Bu barədə 1news.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşdə BŞTİ-nin ümumi təhsil sektorunun müdiri Fuad Babayev təhsil idarəçilərinin Türkiyənin İzmir şəhərinə təlim səfərinin nəticələri və direktor müavinləri üçün təşkil olunmuş təlimin məqsədi barədə məlumat verib.

Sonra BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Təhsilin keyfiyyətinin artırılmasında məktəb idarəçilərinin rolu” mövzusunda çıxış edib. O, yeni təyin olunmuş direktor müavinlərinin məktəb mühitinin səmərəli təşkili istiqamətində təcrübə qazanması baxımından bu cür təlimlərin əhəmiyyəti və qarşıda duran vəzifələrin həlli yolları barədə fikirlərini bildirib, direktor müavinlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.

Mehriban Vəliyeva, eyni zamanda, pandemiya şəraitində tədrisin təşkili, liderlik keyfiyyətləri, effektiv idarəetmə, yaradıcı yanaşma, şagirdlərin təlim nəticələri, risklərin qiymətləndirilməsi, sağlam psixoloji-emosional durum, müəllim-valideyn münasibətləri, keyfiyyətə nail olmaq üçün tətbiq olunan yerli və beynəlxalq təcrübə və səmərəliliyin artırılması məsələlərinə də toxunub.

İzmir şəhərinə təlim səfərində iştirak etmiş 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova direktor müavinlərinə “İşgüzar münasibətlərdə protokol qaydaları” və “İdarəedicinin ünsiyyət bacarığı” mövzularında təlim keçib.

Görüşdə, həmçinin direktor müavinlərinin şəxsi göstəricilərini və potensialını əks etdirən test sınağı aparılıb, onların fəaliyyətləri ilə bağlı özünüqiymətləndirmə sorğusu keçirilib.

Sonda məktəb mühiti, münasibətlərin tənzimlənməsi, maraqların toqquşmasından irəli gələn vəziyyətdə davranış, pedaqoji etika, strateji planlaşma, protokol qaydaları, qarşılıqlı ünsiyyət, məktəb-valideyn əməkdaşlığı və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Paylaş:
667

Son xəbərlər

Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40
Bütün xəbərlər