Şirvanda brakonyerliyə qarşı rey keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda brakonyerliyə qarşı rey keçirildi - FOTO

Qafar Ağayev16:27 - 23 / 02 / 2022
Şirvanda brakonyerliyə qarşı rey keçirildi - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən keçən kanallarda ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə etməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi rezin təkərlər və kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb.

İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb.

Həmçinin şöbə əməkdaşları həvəskar balıqçılarla da izahedici söhbətlər apararaq, bu cür üsullarla balıq ovlanmasının qanunla qadağan olunduğunu, belə hallarla qarşılaşdıqda mütləq qaydada Su Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə polis şöbəsinə məlumat vermələri tapşırılıb.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

Paylaş:
874

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər