Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb

S.Xankişiyeva10:04 - 23 / 02 / 2022
Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb

Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Astara sakinindən 28 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, əlavə olaraq narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Teymur Əliyev sərnişin qismində olduğu taksi fəaliyyəti göstərən avtomobildə saxlanılıb. Həmin avtomobilin yük yerindən T.Əliyevə məxsus 11 kiloqram 530 qram heroin, 2 kiloqram 460 qram tiryək, 10 kiloqram 545 qram qurudulmuş marixuana, 4 kiloqram 220 qram metamfetamin və 4560 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, T.Əliyev narkotik vasitə və psixotrop maddəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə edib və onun dediyi yerlərə çatdırılmasını təmin etməli imiş.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Paylaş:
793

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər