Azərbaycan silah alverçisini beynəlxalq axtarışa verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan silah alverçisini beynəlxalq axtarışa verdi

10:09 - 23 / 02 / 2022
Azərbaycan silah alverçisini beynəlxalq axtarışa verdi

Azərbaycanlı silah alverçisi beynəlxalq axtarışa verilib.

1news.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Tale İbrahimov qanunsuz odlu silahları saxlamaq və satmaqda təqsirləndirilir.

T.İbrahimov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində İnterpol vasitəsilə axtarış elan olunub.

1news.az

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər