AZAL Bakı-Moskva-Bakı reysində uçuş marşrutunu dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Bakı-Moskva-Bakı reysində uçuş marşrutunu dəyişib

Qafar Ağayev11:36 - 24 / 02 / 2022
AZAL Bakı-Moskva-Bakı reysində uçuş marşrutunu dəyişib

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.

1news.az xəbər verir ki, sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.

Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər