Ermənilər ABŞ-ın üç şəhərində 26 fevralın “Xocalının Anım Günü” elan olunmasına etiraz edib - VİDEO
Xəbər verildiyi kimi, ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir.
Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib.
Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.
Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal bəyannamələrin qəbul olunması üçün diasporumuzun gördüyü işlər və erməni icmasının etirazları barədə Diaspor TV-yə müsahibəsində məlumat verib.
Mövzu ilə əlaqədar oxuyun:
“Xocalıya ədalət” kampaniyası hər kəsi petisiyanı imzalamağa çağırır
ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib – FOTO
“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO