Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

S.Xankişiyeva09:15 - 26 / 02 / 2022
Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

Elə insanlar var ki, onların üzü yaddaşlara ömürlük həkk olunur.

Xüsusilə, bu şəxslər ölkənin həyatında, tarixində yaddaqalan məqamlarla əlaqəlidirlərsə. Bugünkü müsahibəmizin qəhrəmanını bütün Azərbaycan tanıyır.

Onun həkk olduğu fotolar bir zamanlar aparıcı nəşrlərdə dərc olunaraq bütün dünyaya yayılmışdı. Və bir video kadr vardı ki, bu güclü və cəsarətli insan, gözündən axan yaşdan utanmayaraq qəlbinin ağrısını əks etdirən hayqırtı ilə jurnalistə qışqırır: “Çək! Bunu da çək! Bunu da...”

Həmin gün Xocalıda xalqımıza qarşı törədilmiş soyqırımın nəticələrini lentə almış şəxs – Azərbaycanın Milli qəhrəmanı, mərhum operator Çingiz Mustafayev idi.

Onun yanındakı şəxs, həlak olanların yanmış cəsədini torpaqdan qaldıraraq – həmin dövrlər Dağlıq Qarabağda hərbi və hüquqi məsləhətçi, polkovnik Əsəd Fərəcov idi.

Bu gün Əsəd Fərəcov ailəsilə birlikdə İsraildə yaşayır. Ölkənin Xocalı faciəsinə həsr olunmuş bütün tədbirlərində iştirak edir. Tez-tez Vətənə gəlir. Yaxın günlərdə Bakıda olub. Bundan xəbər tutan kimi, beynəxalq münasibətlər üzrə məşhur israilli ekspert, Azərbaycanın yaxın dostu Arye Qutdan Əsəd Fərəcovla görüş təşkil etməyi xahiş etdik.

Qarabağ müharibəsi veteranı redaksiyamıza gələrək 28 il öncə Xocalıda şahidi olduğu dəhşətlərlə bağlı xatirələrini bizlərlər bölüşdü. Onun hekayəsi qırıq-qırı idi, ara-sıra susurdu, gözlərini dəsmalla silərək, güc toplayır və sözlərinə davam edirdi. Çünki o deyirdi ki, hamı hər şeyi bilməlidir. Bilməlidir və unutmamalıdır...

- 1961-ci ildə Gəncədə doğulmuşam. 1979-1981-ci illərdə sovet qoşunlarının xüsusi təyinatlı tərkibində Əfqanıstanda hərbi xidmət keçmişəm. Bundan əvvəl terrorçuluqla mübarizə aparmaq üçün döyüşçü hazırlamaq üçün ixtisaslaşmış çavuş məktəbində dərs alıb.

1986-cı ildə Ryazandakı SSRİ Daxili İşlər Nazirliyinin Ali Məktəbinin Hüquq fakültəsini bitirdim. 1989-cu ildə Arxangelsk vilayətində koloniyanın müdiri təyin edildim.

90-cı ilin yanvarında sovet ordusunun Bakıya daxil olması ilə bağlı qorxunc kadrların şahidi olduq. Biz, orada yaşayan və çalşan azərbaycanlılar bir yerə toplaşdıq – ümumi dərdimiz bizi birləşdirdi. Elə həmin vaxt Azərbaycana qayıtmaq qərarına gəldim.

1993-2000-ci illərdə Azərbaycanın hərbi tribunalında hakim işləmişəm, sonra isə – keçmiş ədliyyə naziri Əlisahib Orucovun köməkçisi olmuşam. Lakin bundan öncə Qarabağda döyüşmüşəm...

Xocalı alındıqdan sonra qanlı qırğından sağ qalmış azərbaycanlılar Ağdama gəlirdir. Vəziyyəti yerində araşdırmaq qərara alındı. Və faciədən 2-3 gün sonra jurnalist Çingiz Mustafayevlə birlikə oraya getdik. O zaman ona dedim ki, bu kabusu mütləq çəkmək lazımdır. Hər kəs görsün ki, onlar necə...

Ermənilər vertolyotumuza atəş açırdı, lakin güclə həmin yerə gedə bildik. Bu, Xocalıdan 17-20 km aralıda bir sahə idi. Orada nələr görmədik... Gördüklərimi təsvir etməyə söz tapa bilmirəm.

Bilirsiniz, mən Əfqanıstanda da olmuşam, orada da müharibə olub. Orada da insanlar həlak olub. Dostlarım... Çox ölümün şahidi olmuşam. Orada da yaralandım. Lakin Xocalıda ermənilərin törətdiklərini görəndə... dəhşətə gəldim. Bu cür vəhşiliyi, barbarlığı görməmişəm.

Onlar sadəcə heç bir günahı olmayan, silahsız insanları öldürməyiblər, hətta onların cəsədlərini ələ salıblar. Onlar qadınların üzüklərini barmağından çıxarmayıblar, barmağını kəsiblər, sırğalarını çıxarmayıblar – qulağını kəsiblər...

Bilirsiniz, faciənin ertəsi günü onlar hansısa mükafat alıblar. Ertəsi gün kim daha çox bədənin – qulaq, barmaq, başın hissəsini gətirənləri mükafatlandıracaqları ilə bağlı söz veriblər. Və onlar qayıdayaraq yenidən kəsirdilər. Bunu necə adlandırmağı mən bilmirəm.

Bir neçə dəqiqə yerimizdən tərpənə bilmirdik, sanki bədənimiz daşa dönmüşdük. Biz sadəcə dayanıb baxırdıq, ürəyimiz isə parçalanırdı..

Bilmirəm... bu hissləri sözlərlə ifadə edə bilmirəm...

Qəfildən beynimə bütün bunları, bütün həqiqətləri dünyaya hayqırmaq fikri gəldi. Beynimdə buraya mütləq jurnalistlər gətirmək fikri yarandı. Bir neçə gün sonra vetrolyotla türk, rus, fransız, yapon jurnalistlərin gətirilməsini təşkil etdik.

Oraya getdik və çəkilişlər etdik.

Çingiz də çəkirdi. Ağlayırdı. Mən isə ona cəsədi göstərərək deyirdim: “Çək. Bunu da...”

Orada yaşlılar, qadınlar və uşaqlar da vardı. Onları orada qoya bilməzdik. Özümüzlə Ağdama gətirmək qərarına gəldik. Əvvəlcə uşaqların cəsədini gətirdik. İki və ya üç yaşlı uşaq həlak olmuş anasının yanında yatırdı. Ana bədəni ilə körpəsini qorumaq istəsə də, həlak olmuşdu. Körpə isə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu.

Bu, qız uşağı idi. Onun anasından güclə ayırdım. Ağdamda digər cəsədlərlə birlikdə məsciddə yumağa apardıq. Daha sonra “Qonaqlar evi” adlı məkana gedərək ağladım. Bir də gördüm ki, kimsə əllərimi öpür. Gözümü açanda Ağdam məscidinin axundunu gördüm. O, dedi ki, möcüzə baş verib, qızı yuyanda ola bilsin isti suyun təsirindən gözlərini açıb...

Şükürlər olsun ki, o, hələ də sağ-salamatdır. Bu, həqiqətəndə möcüzədir.

... Bizimlə birlikdə olan digər jurnalistlər gördüklərindən dəhşətə gəlmişdilər. Bilirsiniz, elələr də vardı ki, faciəni işıqlandırmaq əvəzinə, qara yaxmağı qarşılarına məqsəd qoymuşdular. Fransız jurnalistlərdən biri yanıma gələrək dedi: “Bəlkə cəsədlər ermənilərə məxsusdur?” O zaman onun əlindən tutub məscidə apardım. Orada cəsədləri yuyulan, müsəlman adəti ilə sünnət edilmiş oğlan uşaqlarının meyitlərini göstərdim. Dedim ki, erməilər sünnət elətdirmir. Buradakılar – uşaqlar, qadınlar, kişilər hamısı azərbaycanlılardır.

Biz qisas almaq üçün yanırdıq. Özünümüdafiə dəstəsi toplaşdı. Burada Ağdam milisi də vardı. Daha sonra ölkənin hər bir yanından gələnlər oldu. Döyüşçülərimiz hər zaman məlumatlandırırdıq: biz erməni əsgərlərlə döyüşürük, mülki vətəndaşı öldürmək olmaz.

Onlar barbardır – qadınlara, uşaqlara əzab verənlərdir. Axı biz insanıq.

Əsgərlərimə xəbərdarlıq etdim: kimsə əsirlərə işgəncə versə, mənimlə işi olacaq. Bütün əsirləri yanımıza gətirirdilər. Orada mərd, cəsur biri vardı – Allahverdi Bağırov. Onun hesabına erməni əsirləri özümüzünkülərlə dəyişə bilirdik.

Nə üçün Allahverdini xatırladım? Onun oğlu o zamanlar Yaroslavlda hərbi məktəbdə təhsil alırdı. Oğlu hələ təhsilini bitiməmişdi, Allahverdi onu buraya döyüşməyə çağırdı. Deyirdi ki, o, hərbi sahədə təhsil alır, indi isə bilikləri Vətənə lazım idi. Daha sonra rəhbərlikdən ona hərbi rütbə verilməsini xahiş etdim – oğlan aslan kimi döyüşürdü.

... Bəli, orada belə cəsur oğullar vardı. Ermənilərə cavab vermək üçün Əskəranda hərbi əməliyyatlar keçirdilər. Bir şəxs haqda da sizə demək istəyirəm, onu adı Yaqub idi. Ermənilər döyüşdə onun oğlu Canpoladı öldürmüşdü. O döyüş meydanını tərk etmədi. Oğlunun cənazəsini evə apardılar. Döyüşdən sonra onun evinə gedərək dəfn mərasimini keçirdik.

Bax bu cur mərd, cəsur, şərəfli insanlar vardı. Bu bardə danışmaq ağırdır. Orada neçə-neçə dostum, tanışım qaldı... Onların hamısı həlak oldu...

Bakıda isə hakimiyyət uğrunda mübarizə gedirdi. Mitinqlər keçirilirdi, prezidenti devirdilər, hakimiyyət tələb etdilər, unutmuşdular ki, ön cəbhədə xalqımızın qanı axıdılır.

Bilirsiniz, müdafiə naziri Rəhim Qaziyev olanda uşaqlar necə hiddətləndi?! Bu, çox gözlənilməz oldu. Bütün bunlar ön cəbhədə məğlub olmağımıza səbəb oldu. Bu cür şəraitdə qələbə qazanmaq çətin idi.

Ümummilli liderimiz Heydər Əliyev olmasaydı nə olardı, bilinmir. Xalqın tələbi ilə o, hakimiyyətə gəldi, hərbi müdaxilələr dayandırıldı – atəşkəs rejimi qüvvəyə mindi. Bu, çox zamanında idi.

Daha sonra ermənilər, onların ozamankı komandirləri – Sarkisyan, Koçaryan, Ohanisyan müsahibə verərək deyirdilər ki, guya onlar Xocalıdan vətəndaşların çıxması üçün dəhliz yaratmışdılar.

Yalançı alçaqlar. Heç bir dəhliz yox idi. Bunu orada olan və hər şeyi öz gözləri ilə görən biri kimi deyirəm. Sadəcə bir az erkən çıxanlar təxmini haraya gedəcəklərini bilirdilər, kor-koranə olaraq Şelli, Əskərana tərəf gedirdilər. Orada çay vardı, oradan Ağdama keçmək olurdu.

Onların dediyi “dəhliz” mühasirəyə aldıqları ərazi idi. Həmin yer tələ idi, silahsız insanlar oraya düşdü və ermənilər onları öldürdü...

İndi isə ermənilər hər şeyi təkzib edir, deyirlər guya hər şeyi biz eləmişik. Serj Sarkisyan Ermənistanın prezidenti olan zaman etiraf etməmişdi ki, “Xocalıya qədər azərbaycanlılar elə bilirdi ki, bizimlə zarafat etmək olar, ermənilər sıravi vətəndaşlara əl qaldırmaz”...?

Hazırda İsraildə yaşayıram. İnsanların Xocalı faciəsi haqda məlumatlandırılması ilə bağlı çoxlu tədbirlər keçirilir. Xüsusilə də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində. Onun təşəbbüsçüsü – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva xalqımızın bu faciəsinin bütün dünyanın bilməsi üçün çox şeylər edir.

İsraildə Akko şəhəri var. Keçən il foto-sərgidən ibarət böyük tədbir keçirildi. Akko meri bütün şəhərlədən olanların sərgiyə gəlmələri üçün avtobuslar təşkil etmişdi.

Sərgiyə gələn insanlar ağlayaraq şəkilərə baxırdı. İnana bilmirdilər ki, indiki dövrdə bu cür dəhşətlər ola bilər, Holokost əvvəlki nəsillər üçün dərs olmadı?

Hazıda, Xocalı soyqırımı ərəfəsində İsraildə yenidən faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunacaq.

Azərbaycan həqiqətlərinin İsraildə çatırılmasında böyük xidmətləri olan şəxsi qeyd etmək istərdim. Bu, ölkəmizi, xalqımızı səmimi qəlbədən sevəm, Azərbaycan üçün canını verməyə hazır və həmyerlilərinin bu hissləri bölüşməsi üçün əlindən gələni edən Arye Qutdur.

Azərbaycanın böyük dostu, beynəlxalq münasibətlər sahəsində tanınmış mütəxəssis, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, Əsəd Fərəcovla görüşün təşkilində göstərdiyi köməyə görə Arya Guta minnətdarlığımızı bildiririk.

Tərcümə: S.Xankişiyeva

Məqalə ilk dəfə 26 fevral 2020-ci ildə dərc edilib.

Mövzu ilə əlaqədar oxuyun:

Mehriban Əliyeva: Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm – FOTO

Xocalı soyqırımı - unudulmaz qan yaddaşımız - FOTO

İlham Əliyev Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib

“Xocalıya ədalət” kampaniyası hər kəsi petisiyanı imzalamağa çağırır

ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib – FOTO

“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO

Paylaş:
3321

Sizin üçün xəbərlər

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər