Parlamentdə sənədsiz ev məsələsi qaldırıldı: “Kimsə gözünü yumur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentdə sənədsiz ev məsələsi qaldırıldı: “Kimsə gözünü yumur”

Qafar Ağayev16:38 - 25 / 02 / 2022
Parlamentdə sənədsiz ev məsələsi qaldırıldı: “Kimsə gözünü yumur”

“Kimsə gözünü yumur, meşədəki qoruqda kimsə 3-5 ev tikir. Sonra deyirlər ki, bura bir məktəb də lazımdır, yaxud çaydan keçməyə körpümüz yoxdur, körpü də salın”.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S.. Novruzov deyib ki, belə ərazilər mənzil, bina tikintisi üçün nəzərdə tutulmayıb: “Belə halların qarşısı çox kəskin şəkildə alınmalıdır”.

Deputat Fazail Ağamalı deyib ki, bu gün Bakıda və Bakı ətrafında küçələrin darlığı, evlərin, binaların plansız tikilməsinin səbəbi bu günlə bağlı deyil: “Bu, 1990-cı illərdə ayrı-ayrı adamların, işbazların Azərbaycanda qanunlardakı boşluqdan istifadə edərək yaratmış olduğu problemlərdir. 10-15 il əvvəl buraxılmış səhvlərin bugünkü Bakı şəhər və yaxud Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin üzərinə yükləmək ədalətsiz olar. Amma başqa bir problem var, Siyavuş Novruzov buna toxundu, mən bir qədər bunun üzərində geniş dayanmaq istəyərdim. Bakının Binəqədi, Sabunu və Xəzər rayonunda bələdiyyələrin qərarı, yerli icra hakimiyyətlərinin şifahi razılığı ilə çoxsaylı evlər tikilib. Bu, tamamilə infrastrukturdan kənardır, onların kanalizasiyası yox dərəcəsindədir. İşıqla, qazla təchizatlarında da kifayət qədər problemlər var. Həm də bu tikintilər indiyə qədər rəsmiləşdirilməyib. O evlərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Beş ildir ki, belə tikintilər aparılmır, çünki artıq torpaq yoxdur. O insanları həmin evlərdən köçürmək də mümkün deyil. İnsanlar o yerlərdə özlərinə yuva qurublar. O evləri rəsmiləşdirmək lazımdır. Dəfələrlə bu məsələ qaldırılıb, Prezident tərəfindən tapşırıq verib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda, yaxud tikinti nəzərdə tutulmayan dövlət torpaqlarında artıq evlər tikilib, o evlərdən gəlin köçüb, gəlin gəlib. İndi bu evləri rəsmiləşdirmək lazımdır. Bu problemi hökmən həll etmək lazımdır”.

Paylaş:
1046

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər