Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətiriləcək

Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur.
1news.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini gözləyirik.
"ABŞ-da və digər ölkələrdə yeni dərmanlar çıxıb. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Biz də Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasından həkim rəyi gözləyirik. Onlar təsdiqləsələr ki, bu dərmanlar effektivdir, o zaman həmin dərmanlar ölkəyə gətiriləcək", - deyə o bildirib.
1news.az
912