“SOCAR Ukrayna”: “Hələlik yanacaq ehtiyatı mövcuddur”
Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı “SOCAR Ukrayna Energy” törəmə şirkəti ştat rejimində çalışır.
1news.az-ın Baku.ws-in məlumatına görə, bu barədə törəmə şirkətinin yaydığı xəbərdə deyilir.
Bildirilir ki, hələlik yanacaq ehtiyatı mövcuddur: “Amma bununla belə bəzi yanacaqdoldurma məntəqələrində fasilələr yarana bilər”.
Şirkətdən bildiriblər ki, hər kəs üçün tələb olunan miqdarda yanacaqla təmin edilməsi üçün bütün imkanlar görülür: “Mübahisəsiz prioritet təcili yardım xidmətləri nəqliyyatının və kritik infrastrukturun daşınmasıdır”.
Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 55 ədəd müasir yanacaqdoldurma kompleksləri fəaliyyət göstərir. Həmçinin Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biri olub.