Nazirlik builki islahatlar paketinin nə qədər insanı əhatə etdiyini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik builki islahatlar paketinin nə qədər insanı əhatə etdiyini açıqladı

Qafar Ağayev11:39 - 25 / 02 / 2022
Nazirlik builki islahatlar paketinin nə qədər insanı əhatə etdiyini açıqladı

Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, minimum aylıq əmək haqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib.

VTC üzrə işçilərdə orta aylıq əmək haqqı 387 manatdan 465 manata çatıb. Hazırda həmin cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 300 manat, ən yüksək - 19-cu pilləsi üzrə əməkhaqqı 979 manatdır.

Minimum əməkhaqqı artımı üçün dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir.

2022-ci ilin əvvəlindən 165 min müəllimin əmək haqqında da orta hesabla 20 faiz artım olub və onların əməkhaqqı orta hesabla 550 manatdan 660 manata çatdırılıb. Bu artım üçün isə ayrılan əlavə illik vəsait 273 mln. manatdır.

İslahatlar hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət keçən bir sıra şəxsləri də əhatə edib. İlin əvvəlindən onların aylıq vəzifə maaşlarına 20% əlavə olunur, qeyd edilən orqanların mülki işçilərinin vəzifə maaşları da 20% artırılıb. Həmin artımlara isə il ərzində əlavə olaraq 157 mln. manat sərf olunacaq.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

Paylaş:
702

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər